Ən çox izlənən videolar

Tarixin real faktları (VİDEO)

1918-1920-ci illərdə Azərbaycan torpaqlarında Ararat və ya Ermənistan Respublikası yaradılıb. O dövrdə Azərbaycan höküməti tərəfindən əzəli torpağımız olan İrəvan, Ermənistana verilib. Bu ərazidə toponimlərin dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilib.

1935-ci ilin yanvar ayının 3-də Ermənistan SSRİ Ali Sovetinin Rəyasət Heyəti 29 rayonda azərbaycanlılara məxsus 72 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Eyni hadisə 1945-ci ildədə təkrarlanır və 30-dan çox yaşayış yerinin adı dəyişdirilir.

1945-1950-ci illərdə isə 80-dən çox Azərbaycanlı yaşayış yerinin adı dəyişdirilir.

1951-ci ilin mart ayının 19-da isə bəzi rayonların birləşdirilməsilə bağlı qərar qəbul olundu.

Tarixən Azərbaycan torpağları olan indiki Ermənistan ərazisində toponimlərin,adların dəyişdirilməsi bundan sonra da davam etdirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar