Ən çox izlənən videolar

Təkrar əkinlərə subsidiya - VİDEO

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödəyəcək. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, artıq subsidiya almaq istəyən fermerlərdən müraciətlərin qəbuluna başlanılıb. Subsidiyanın ödənişi fermerlər əkin bəyannamələrini verdikdən sonra həyata keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış 5 milyon manat hibrid qarğıdalı toxumları alınması üçün birdəfəlik vəsait kimi ödəniləcək.

Taxıl biçinindən sonra təkrar əkinlərin aran və dağətəyi bölgələrdə yerləşən 100 min hektara yaxın ərazidə aparılması planlaşdırılır. Təkrar əkinlər həm aqroekoloji, həmdə iqtisadi baxımdan səmərəli hesab olunur. Mütəxəssislər respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadəni vacib sayır.

Bu kateqoriyadan digər videolar
Digər videolar