Ən çox izlənən videolar

Korrupsiya ilə mübarizədə liderlik

Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatın təqdimatı keçirilib.

Hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir. Hesabata əsasən Azərbaycan Respublikası tövsiyələri 61,9 faiz icra edib.

Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdə, MDB ölkələri arasında isə 1-ci yerdədir.

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda Azərbaycanın nümayəndə heyətinin rəhbəri, millət vəkili Kamal Cəfərov hesab edir ki, “ASAN xidmət”in fəaliyyəti Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinə böyük təkan verib.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar