Ən çox izlənən videolar

Ərzaq məhsullarına tələbat artıb - VİDEO

Nazirlər kabineti yanında oprativ qərargahın verdiyi qərarına əsasən 6-7 iyun tarixlərində insanların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. O cümlədən apteklər, mağazalar, supermarketlər fəaliyyətini tamamilə dayandıracaq. Bu da vətəndaşlar arasında mağazalarda ərzaq mallarının qıtlığı ilə bağlı təşvişə səbəb olub.

Belə ki, ötən gündən marketlərdə insan sıxlığı müşahidə olunur, insanlar mümkün qədər daha çox ərzaq və gündəlik tələbat malları almağa çalışır. Bizdə Real tv olaraq bununla bağlı paytaxt ərazisində fəaliyyət göstərən ərzaq mağazalarından birinə üz tutduq. Gördüyümüz isə o oldu ki, heç bir ərzaq məhsulunun qıtlığı və ya qiymətlərində hər hansı bir dəyişiklik yoxdur.

Mağaza müdiri Erhan Özbek bildirdi ki, Əsasən konservləşdirilmiş ərzaq məhsulları, tərəvəz,çörək və un məmulatlarına təlabət çoxdur.

Qeyd edək ki, iki günlük məhdudiyyət İyunun 8-zi səhər saat 6-ya qədər davam edəcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar