Ən çox izlənən videolar

ABŞ-da daha bir qaradərilini öldürən polislər mühakimə olunur - VİDEO

ABŞ-ın Corciya ştatında, Atlanta şəhərində qaradərili Amerikalı Reyşard Brooksu ötən həftə öldürən polis bu cinayətdən başqa 11 cinayət əməlində günahlandırılır. Polis əməkdaşı təqsirli bilinərsə onu ömürlük həbs və ya edam cəzası gözləyir.

Fulton County prokuroru Pol Howard çərşənbə günü keçirdiyi mətbuat konfransında növbəti polis qəddarlığının qurbanı olmuş və keçən həftənin cümə günü qətlə yetirilən Reyşard Brooksun, polisə qarşı təhlükəli vəziyyət yaratmadığı halda iki ağ dərili polis tərəfindən öldürüldüyünü söyləyib.

Reyşard Brooksu öldürdükdən sonra işdən çıxarılan polis məmuru Garrett Rolfe öldürücü silahla hücum və vəzifə andını pozmaqla yanaşı 11 cinayətə görə mühakimə olunacaq.

Prokurorun ifadəsinə görə, ondan qaçdığına görə polis məmuru Brooksa iki dəfə atəş açıb, hətta o yaralanaraq yerə yıxıldıqdan sonra can verərkən də polis ona ayağı ilə ona zərbə vurub.

Hadisə yerində olan digər bir polis məmuru Devin Brosnan da vəzifəsindən sui istifadə etmək və qəddar hücumda ittiham olunur. 

Daha bir polis zorakılığının qurbanı qaradərili 27 yaşı Reyşard Brooks 2 uşaq atası idi. Ötən həftənin cümə günü Wendy’s restoranın ərazisində öz avtomobilində yatdığı üçün polislər onu saxlayıb, sərxoşluq testi keçdikdən sonra polisdən qaçarkən polis tərəfindən də qətlə yetirilib.

Üç həftəyə yaxındır ABŞ gündəmində əsas mövzu olan polis zorakılığı çərşənbə günü Konqresin də əsas mövzusu oldu.

Senatda Respublikaçılar polis islahatları ilə əlaqəli öz qanun layihələrini təqdim etdilər və Nümayəndələr Palatasındakı Demokratlar bu sahədə daha geniş miqyaslı islahat təşəbbüslərini irəli sürdülər.

Xatırladım ki, ABŞ Prezidenti Donald Tramp da çərşənbə axşamı günü polis islahatları ilə bağlı fərman imzaladı.Demokratlar və əlbəttə ki Nümayəndələr Palatası isə bu fərmanı zəif və ya qeyri kafi qiymətləndirdilər.

REAL-ın ABŞ bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar