Ən çox izlənən videolar

Valyuta mübadiləsini tam həcmdə həyata keçirmək mümkündür - VİDEO

Azərbaycan Banklar Assosiasiyası xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə son günlər yayılan məlumatlara aydınlıq gətirib.

Assosiasiya bildirib ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər-hansı yeni qayda tətbiq edilmir və bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmayıb.

Vətəndaşlar Operativ Qərargahın müəyyən etdiyi karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər.

Ekspertlər də hesab edir ki, hazırda xarici valyuta mübadiləsinə məhdudiyyət qoymaq üçün heç bir riskli vəziyyət müşahidə olunmur.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar