Ən çox izlənən videolar

Vaşinqtonda irqçiliyə və polis zorakılığına qarşı etiraz aksiyaları davam edir

Aksiya iştirakçıları gün ərzində əvvəlcə Ağ Evin qarşısına toplaşdılar, sonra şüarlarla paytaxt küçələrində yürüş ediblər. 

Onlar Vaşinqtonu digər ştatlarla birləşdirən əsas yollardan biri olan 395 nömrəli avtomobil yolunu 8 dəqiqə 46 saniyəyə bağlayıblar.

Magistral yolu bağlayan aktivistlər yolun ortasında yerə uzandıbar. Beləcə onlar ayrıseçkiliyə son qoyulmasına və qaradərililər üçün ədalət istəyibər.

Bu vaxt 8 dəqiqə 45 saniyə ərzində böyük avtomobil tıxacı yaranıb. Bəzi sürücülər bundan narazı olsa da əksəriyyət sürücülər avtomobillərini saxlayaraq etirazçılara qoşulublar.

Mayın 25-də Minneapolis şəhərində qaradərili amerikalı Corc Floyd ağ polis məmuru tərəfindən  8 dəqiqə 46 saniyə ərzində boğularaq öldükdən sonra  bütün ölkəni aqressiv etirazlar bürüyüb. Bu etirazlar bu günə qədər bitməyib və hələ də bir çox şəhərdə davam edir.

Son dəfə etirazçılar vətəndaş müharibəsi zamanı ABŞ-da vaxtilə köləliyi müdafiə edən "Konfederasiya" heykəllərini hədəf alıblar. Bir çox ştatlarda heykəllər dağıdılır.

Bazar ertəsi gecə saatlarında Ağ Evin qarşısında yerləşən Müqəddəs St.Jon Kilsəsinin qarşısında çadırlar qurmuşdular və bu ərazini muxtar bölgə elan etmişdilər.

Amma polis həftənin 2-ci günü səhər saatlarında  çadırları sökərək bu hərəkətə icazə verməyib.

Çərşənbə axşamı günü axşam saatlarında isə  polis Ağ Evin qarşısında təhlükəsizliyi artırıb. Vaşinqton şəhər meri tərəfindən adının 'Black Lives Matter Plaza' olaraq dəyişdirilən küçənin Ağ Evə yaxın hissəsinə heç kimin daxil olmasına  icazə verilməyib.

Qeyd edək ki, etirazçılar artıq həftələrdən bəridir ki, irqçilik simvolu kimi bir çox şəhərlərdə ABŞ tarixi şəxsiyyətlərinin heykəllərini dağıdırlar.Buna president Donal Trampdan sərt reaksiya gəldi bu gün.

Tramp tarixi abidələri qorumaq üçün fərman imzalamağa hazırlaşdığını açıqlayıb.

O,  jurnalistlərə ''Abidələrimizi dağıda bilməyəcklər. Qısa müddətdə fərman verəcəyəm" deyib.

Prezident Tramp Arizona ştatının Feniks şəhərinə yola düşməzdən əvvəl polisə təhlükəsizlik üçün təşəkkür edib və abidələri məhv edən etirazçıları “vandallar, təxribatçılar, quldurlar, anarxistlər” adlandırıb.

REAL-ın AMERİKA bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar