Ən çox izlənən videolar

Azərbaycan mətbuatının talismanı - VİDEO

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, qocaman jurnalist Şirməmməd Hüseynovun vəfatından bir il ötür. Bu gün ailə üzvləri, yaxınları tələbələri böyük azərbaycanlını məzarı başında anıb.

Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Xalq Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti olub.

Böyük alim həm də qayğıkeş ailə başçısı kimi xatirələrdə qalıb:

Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Alimi özünün mənəvi müəllimi sayanlar da az deyil.

Elmi fəaliyyətini Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Bu kateqoriyadan digər videolar
Digər videolar