Ən çox izlənən videolar

ABŞ-ın hansı ştatlarında COVID-19-un 2-ci dalğası müşahidə olunur?

Çərşənbə günü Nyu-York, Nyu-Cersi və Konnektikut qubernatorları COVID-19 infeksiyalarında artım qeydə alınan 8 ştatdan gələnlərin məcburi 14 günlük karantinə alınmasının tətbiq olunacağını bildiriblər.

Nyu-Cersi Qubernatoru Phil Murphy yeni sərt tədbirlərin görülməsinin vacib olduğunu bildirib, hazırda ABŞ-da 8 ştatda mart ayının əvvəlindən bəri koronavirusun ikinci ən böyük sıçrayışı olduğunu qeyd edib.

Beləliklə, hansı 8 ABŞ ştatlarında COVID-19-un 2-ci dalğası müşahidə olunur?

Alabama, Arkanzas, Florida, Şimali Karolina, Cənubi Karolina, Texas, Arizona və Yuta.
Ötən gün, koronavirusun qaynar nöqtələrindən  biri olan Arizonaya səfər etmiş Donald Trampın bu həftə sonu Nyu Cersiyə səfəri planlaşdırılıb. Bu məcburi 14 günlük karantinin Prezidentə şamil olunmayacağını isə Ağ Evin nümayəndəsi bildirib. O bildirib ki, prezident və onun ətrafındakı hər kəs mütəmadi olaraq COVID-19 testindən keçirlər və nəticələr neqativdir.

Nyu-York qubernatoru Andrew Cuomonun dediyinə görə, bugün  gecə yarısından etibarən qüvvəyə minən məcburi karantin qaydalarını pozanlara ilk pozuntuya görə 1000 dollar, ikinci pozuntuya görə 5000 dollar cərimə kəsiləcək.

May ayında Amerikanın böyük şəhərlərində koronavirusun yayılmasının qarşısı alınmışdı və rəqəmlərdə azalma müşahidə olunurdu. Amma son günlər əksinə yenidən bir çox ştatlarda COVID-19-a yoluxanların sayında artım müşahidə olunur. 

Vaşinqton universitetinin proqnozlarına görə ABŞ-da oktyabrın 1-dək COVID-19-dan ölənlərin sayının təxminən 180.000-ə çatacağı gözlənilir. 

Hazırda ABŞ-da bu günə qədər koronavirusa yoluxanların sayı 2 milyon 336 mini keçib. Ölnlərin sayı isə 121,117-dən çoxdur. Sağalanların sayı artıq 1 milyondan çoxdur.

REAL-ın ABŞ bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar