Ən çox izlənən videolar

Prezident vətəndaşları məsuliyyətli olmağa çağırdı - VİDEO

Prezidentin Gəncədə söylədiyi fikirlər reallığı əks etdirir. Təəssüflər olsun ki, koronavirus Azərbaycanda artıq təhlükəli vəziyyət yaradıb. Virusa yoluxanların sayı, sağalanların sayından çoxdur. Artıq ölüm halları da artıb.

Bunu Millət vəkili Fəzail Ağamalı, Prezident İlham Əliyevin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə dair geniş nitqini şərh edərkən deyib.

O, pandemiya ilə mübarizədə dövlətin üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etdiyini bildirib.

Millət vəkili vəziyyətin çox kritik olduğunu, yaşından, statusundan asılı olmayaraq hər kəsin koronavirus adlı düşmənlə üz-üzə olduğunu deyir.

Fəzail Ağamalı, Milli Məclisin plenar iclaslarının onlayn keçirilməsi ilə bağlı təklifini də iclasda səsləndirdiyini, lakin texniki imkanların məhdud olması səbəbindən bunun hələ mümkün olmadığını bildirdi.

Bu kateqoriyadan digər videolar
Digər videolar