Ən çox izlənən videolar

Dünyaya həmrəy mübarizə çağırışı - VİDEO

Koronavirus pandemiyası iə mübarizə bütün dünyadan bu sahədə birlik, həmrəylik tələb edir. Məhz bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi göstərdi ki, ölkə lideri dünyanın bu bəladan qurtulması üçün bütün xalqların, dövlətlərin bir ideya ətrafında birləşməsini zəruru sayır.

Xatırladaq ki, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib.

Təklif Nyu Yorkda 120 Qoşulmama Hərəkatına üzv ölkələr arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Hərəkatın sədri Prezident İlham Əliyev quruma üzv ölkələr adından BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar