Ən çox izlənən videolar

Çindən ABŞ-a viza məhdudiyyəti (VİDEO)

Rəsmi Pekin Çinin Honkonq Xüsusi İnzibati Ərazisi ilə bağlı kobud fəaliyyətləri olan ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ənənəvi mətbuat konfransında bu barədə məlumat verib. Bu, ABŞ-ın Honkonq məsələsi ilə bağlı bəzi Çin rəsmilərinə viza məhdudiyyəti ilə bağlı qərarına cavabdır. Çin tərəfi viza məhdudiyyəti tətbiq olunacaq konkret şəxslər barədə məlumat vermiyib.

Cao Licien Çinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf mənafelərini, o cümlədən Honkonq məsələsi ilə bağlı “Bir dövlət, iki sistem” prinsipini müdafiə etmək əzmində olduğunu bir daha bəyan edib. Bildirib ki, Honkonqda milli təhlükəsizlik qanunvericiliyi məsələsi tamamilə Çinin daxili işidir və heç bir xarici dövlətin ona müdaxilə etmək hüququ yoxdur. Çin bu məsələdə bütün xarici müdaxilələri qəti rədd edir.

Qeyd edək ki, ötən həftə ABŞ Senatında “Honkonqun muxtariyyəti aktı” qəbul olunub. bunun ardınca dövlət katibi Mayk Pampeo Vaşinqtonun Honkonqda azadlıqların pozulmasına və bölgənin muxtariyyətini sarsıtmağa məsuliyyət daşıyan Çin Kommunist Partiyasının vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar