Ən çox izlənən videolar

KAİCİİD-in vebinar iclası keçirilib - VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 30 iyun tarixində KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin təşkil etdiyi «Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı» mövzusunda vebinar iclasında iştirak edib.

Dr. Məhəmməd Əbu-Nimerin moderatorluğu ilə keçən tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən pandemiya dövründə yaranmış spesifik çətinliklərin cəmiyyətin ən həssas təbəqələrinin həyatında əks olunması və bu çətinliklərin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub. İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi dr. Mohammad Sammak, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram və b. vebinarda çıxış ediblər. Onlar hazırki çətin dönəmdə risk qrupuna daxil olan, ən çox yardıma ehtiyacı olan təbəqələrin pandemiyanın sosial, iqtisadi təsirlərindən qorunması yönündə real işlər görülməli olduğunu və bu baxımdan, dünyanın müxtəlif ölkələrində müxtəlif dini icmaların təcrübəsindən yararlanmağı zəruriliyini vurğulayıblar. Vebinarda təhsil sahəsində yaşanan çətinliklər, dünyanın heç də bütün məntəqələrində texniki vasitələrdən istifadə edərək distant təhsilin əlçatan olmaması, işsizliyin artması səbəbindən yoxsulluğun artması, turizm imkanlarının məhdudlaşmasının iqtisadi fəsadları və s. bu kimi məqamlar müzakirə olunub.

Dünyanın nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in Direktorlar Şurasın üzvü Şeyxülislam Allahşükür Paşazadə videoiclasda çıxış edib.

QMİ sədri həmçinin rəhbərlik etdiyi Beynəlxalq Bakı Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi, MDB Müsəlmanları Məşvərət Şurası xətti ilə keçirdiyi onlayn iclaslar barədə, habelə iyul ayında Qafqaz Xalqları Ali dini Şurasının üzvləri ilə bu mövzuda baş tutacaq videokonfrans barədə məlumat verib. QMİ sədri pandemiya dövründə Yer üzündə münaqişələrin dayandırılmasını, qarşıdurma və nifrət çağırışlarının qarşısının alınmasının, humanitar yardımlaşma əvəzində siyasi məqsədlərlə sanksiya tətbiqinin aradan qaldırılmasının xüsusən zəruri olduğunu vurğulayıb.

Şeyxülislam A. Paşazadənin çıxışı və verdiyi təkliflər moderator və vebinar iştirakçıları tərəfindən dəstəklənib. Daha sonra vebinarın ünvanına daxil olmuş suallar cavablandırılıb. Onlayn iclas məhsuldar keçib.

Bu kateqoriyadan digər videolar
Digər videolar