Ən çox izlənən videolar

Sahibkara güzəştli kredit fürsəti - VİDEO

Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədr əvəzi Samir Hümbətov "Real İntervyu"nun qonağıdır.

"Sahibkarlara tövsiyə edirik ki, biznesin gəlirliyi müəyyən edilsin. Bu pandemiyadan zərər görən sahibkarlara aiddir. Sistem özü onun zərər çəkdiyini müəyyən edir. İctimai iaşə, turizm sahəsi daha çox əziyyət çəkib. Sahibkarlar fəaliyyətlərindən asılı olaraq gözəşt müddətini müəyyən etsinlər. Güzəşt müddəti uzanırsa kreditin ödənilməsində çətinlik ola bilər. Güzəşt müddətinin qoyulması da onların borcunu qaytarmasını asanlaşdırır. Bu verilmiş borcdir. Bəzən sahibkarlar daha çox kredit məbləğinə müraciət edirlər. Burada qızıl orta olmalıdır. Sahibkar qazandığı məbləğə uyğun borc götürməlidir. Bu dövlət zəmanətli kreditdir. Sahibkar kredit üçün müraciət etdikdə onun biznes planı olmalıdır, sahibkar banka müraciət etdikdə onun təqdim etdiyi layihə araşdırılır", deyə Samir Hümbətov bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar