Ən çox izlənən videolar

"Qaydalara əməl et, cəmiyyəti qoru!" - VİDEO

Bura paytaxt ərazisində fəaliyyət göstərən bazarlardan biridir. Bazarda həm satıcılar, həm bazara alış-veriş ətməyə gələnlərin bir qismi maskadan istifadə etsədə, Lakin bir qismi maskanı cibində, çənəsində və ya ümumiyyətcə taxmır. Vətəndaşa yaxınlaşıb soruşan zaman niyə maskadan istifadə etmirsiz? sualına vətəndalar maskam yoxdu,ürəyim sıxılır mənə heçnə olmaz deyirlər yada ki üzlərini çevirib gedirlər.

Koronavirus infeksiyasına yoluxanlar və bu xəstəlikdən ölənlərdə az deyil. Elə bu məqsədlə Maska tax, sosial məsafəni qoru adlı moitonriq keçirdik. Monitorinq çərçivəsində qeyri Hökümət təşkilatlarının üzvləri vətəndaşlara Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələrinə və elan edilən xüsusi karantin rejiminin tələblərinə riayət etməyi tövsiyə etdilər.

Covid-19 virusunun yarada biləcəyi təhlükəni anlayaraq, qoyulan qanunlara əməl edən və maskadan edib sosial məsafəni qoruyanlarda az deyil.Həmin vətəndaşlarda öz növbəsində maskadan istifadə etməyən etməyən sosial məsafəni qorumayan şəxsləri qınağada çəkdilər.

Qeyd edək ki,apardığımız monitorinq işlərini vətəndaşlarımız yüksək qiymətləndirdi. Xatırladaq ki, Ölkədə xüsusi karantin rejimi sərtləşdirilib. Hər kəsdən xüsusi karantin rejiminin tələb və tövsiyələrinə əməl etmələri tövsiyə olunur.

Bu kateqoriyadan digər videolar
Digər videolar