Ən çox izlənən videolar

Kürdəmirdə avtomobil traktorla toqquşub - VİDEO

Kürdəmirdə avtomobil qəzası baş verib.Məlumata görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 28 yaşlı Şamilov Qismət Sarıbala oğlu "VAZ 21012" markalı avtomaşın rayon istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkət edən 23 yaşlı rayon sakini Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub və hər iki maşın yoldan çıxaraq aşıb.

Nəticədə VAZ-ın sürücüsü və avtomobildə olan sərnişin 25 yaşlı Şamilov Şahin Zəhram oğlu müxtəlif növ bədən xəsarəti alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar