Ən çox izlənən videolar

Məcburi köçkünlər üçün yenilik - VİDEO

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi “Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidməti elektronlaşdırılIB. İyulun 1-dən tətbiqinə başlanan bu elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Qeyd edək ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayışı almaq üçün vətəndaşlar Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün myGov protalına daxil olmaq tələb olunur. myGov portalına “ASAN Login” sistemi üzərindən daxil olmaq mümkündür.

Portala daxil olmaq üçün, İstifadəçi FİN-i, Asan imza, elektron imzadan istifadə pluna bilər. Bu xidmətlərdən istifadə ilə bağlı, portalda yerləşdirilmiş təlimat videosu ilə tanış olub, bu barədə ətraflı məlumat almaq mümkündü.

Portala daxil olduqdan sonra “Bütün xidmətlər” bölməsindən “Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi”nin elektron xidmətlərinin təqdim olunduğu alt bölməyə keçid edilir. Daha sonra “Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidmətinə klik edilir və açılan pəncərədə əks olunan xanaya vətəndaşın FİN-i daxil edilərək “Axtar” düyməsi sıxılır. Növbəti mərhələdə ekranda məcburi köçkün statusuna dair məlumatlar əks olunur. Bundan sonra “Yüklə” düyməsi sıxılaraq arayış PDF formada əldə edilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar