Ən çox izlənən videolar

At qəssabının son işi - FOTO, VİDEO

Üzünü görə bilmədiyiniz bu şəxs Füzuli Babayevdir. Dırnağarası qəhrəmanımızın dediyi kimi söhbət edəcəyik, ancaq kameranı söndürmədən.

Gələk əsas məsələyə. Füzuli Qaradağ rayonu Lökbatan massivində yerləşən özünəməxsus fermasında artıq bir neçə müddətdir ki, atların kəsimi ilə məşğul olur.

Ancaq AQTA və Qaradağ rayon Çevik Polis Alayının əməkdaşları Füzulinin bu qanunsuz hərəkətini aşkarlayaraq onun bu dəfə muradına çatmasına əngəl ola bilib.

Qanunsuz olaraq antisanitar şəraitdə kəsilən 150 kq at əti. Hələ kəsimə gözləməkdə olan diri atları demirik...

Çəkiliş apardığımız müddətdə isə əraziya yayılan üfünət qoxusu maskanın altından belə adamın bağrını çatladırdı.

Maraqlısı isə odur ki, Füzuli törətdiyi əməlinə haqq da qazandırmağa çalışıb. Özüdə bir cümlə ilə: "Kəsilən atların əti təmizdir və özümüz də də bu ətdən qidalanırıq."

Kəsilən və çox güman ki, satışa hazırlanan at ətinin isə nə dərəcədə təmiz olmasını müəyyənləşdirmək üçün AQTA-nın əməkdaşları tərəfindən ətlərdən nümunələr götürülərək ekspertizaya göndərilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar