Ən çox izlənən videolar

“SOCAR” yeni YDM-ni istifadəyə verib - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novxanı yolu istiqamətində "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bununlada ölkədə “SOCAR” brendi adı altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırılıb.

Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələrdə hərəkət edən avtonəqliyyat vasitələrinin sahibləri üçün bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb ki, onlardan ikisi sıxılmış təbii qaz satışını həyata keçirir. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, “A-92” markalı benzin və

“Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılır. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi mümkündür.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-nin 34 YDM-i və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan “SOCAR PETROLEUM” QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar