Ən çox izlənən videolar

Hüseynov qardaşlarının “məharət”i (VİDEO)

“1news.az” saytı Emin və Mehman Hüseynovların analarının kimliyi ilə bağlı müstəqil araşdırmanın nəticələrini yayıb.

Redaksiyaya təqdim olunan araşdırma nəticəsinə görə, qardaşların anası, qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahim qızı Hüseynova İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulina tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə Yevgeniya Qriqoryevna Ovanesova adını daşıdığını aşkarlanıb.

Doğum haqqında şəhadətnamədə onun anasının milliyətcə erməni Arfeniya Sergeyevna Ovanesova olduğu göstərilir. Atasının adının qarşısı boşdur. Çox güman ki, ata adının yerinə Qriqoryevna sonradan əlavə edilib.

Yevgeniya Ovanesova İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürüldükdən sonra keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub.

1967-ci ildə 20 yaşı olarkən Yevgeniya Qazaxıstanın Kustanay şəhərinin nikah dairəsində adını Firəngiz olaraq dəyişdirib.

Beləliklə, maraqlı bir vəziyyət ortaya çıxır – demək olar ki, “Azərbaycanda demokratiya uğrunda mübarizə aparan” əsas iki nəfərin anası erməni olub. Bu, ictimaiyyətdən çox diqqətli bir şəkildə gizlədilib.

Emin Hüseynovun Varşavada ATƏT / DTİHB tədbiri zamanı “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” bəyanatını hamımız xatırlayırıq. Onda E.Hüseynov, həmçinin əlavə etdi ki, azərbaycanlılar guya “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir”. Bu çıxışdan sonra tədbirin erməni iştirakçıları, o cümlədən Ermənistan səfiri Edqar Vardanyan Hüseynovu ayaq üstündə alqışladı.

Hüseynov qardaşlarının anasının dəfnində Əli Kərimlinin çıxışı da diqqət çəkir. O, sonradan Firəngiz Hüseynova olan Yevgeniya Ovanesovanı həm də özünün anası hesab etdiyini deyirdi.

Bu kateqoriyadan digər videolar
Digər videolar