Ən çox izlənən videolar

Nərimanov rayonunda reydlər - VİDEO

Nərimanov rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin,Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik xidmətinin rayon İdarəsinin və digər idarə və təşkilatların əməkdaşları,fəal gənclər və könüllülərdən ibarət mobil qruplar yaradılıb. İyulun 2-dən etibarən həmin mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş ictimai-iaşə obyektlərində,marketlərdə,banklar və filiallarında ,bankomatların qarşısında, eləcə də bazarlarda və digər obyektlərdə reydlər keçirilir. Həmin reydlər zamanı da vətəndaşlarla maarifləndirmə işləri aparılır və Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək müvafiq göstərişlər verilir.

Ötən 2 gün ərzində aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplarının üzvləri tərəfində rayon ərazisində fəaliyyət göstərən 350-dən artıq ticarət və ictimai-iaşə obyektlərində,bazarlarda reydlər keçirilib və 200-ə yaxın obyektə və vətəndaşa karantin rejimi qaydalarını pozduqlarına və gigiyenik qaydalara riayət etmədikləri üçün xəbərdarlıq edilib.

Sərt karantin rejimi dövründə Nərimanov Rayonunda yaradılmış mobil işçi qrupları tərəfindən reydlərin keçirilməsi hər gün davam etdiriləcək.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar