Ən çox izlənən videolar

Qlobal su böhranının astanasında - VİDEO

Kənd Təsərrüfatı Nazirliyi çaylarda suyun səviyyəsinin enməsi və bu səbəbdən yaranan problemlərin suvarmaya daha az təsir etməsi üçün tədbirlər görür.

Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova REAL-a deyib ki, dövlət qurumları bu istiqamətdə birgə iş aparır.

Nazir müavini bildirib ki, görülən işlər arasında fermerlərin innovasiyalara təşviqi də var. Dövlət bu istiqamətdə fermerlərə böyük güzəştlər edir.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Su Şurası qlobal su problemi ilə bağlı xəbərdarlıqla çıxış edib. Xəbərdarlıqda bildirilir ki, 2050-ci ildə planetdə 9 mlrd. əhalinin tələbatını ödəmək üçün kifayət qədər su ehtiyatı olacaq. Lakin bu ehtiyatlar bərabər şəkildə paylanmayacaq. Ətraf mühitin həddən artıq deqradasiyası və iqlim dəyişikliyi bir çox inkişaf edən ölkələrdə su ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Ekspertlər hesab edirlər ki, yeni texnologiyalardan istifadə edən fermerlər və xüsusilə də kiçik fermer təsərrüfatları kiçik torpaq sahəsində məhdud miqdarda su ehtiyatı ilə istehsalın artırılması yollarını tapmalıdırlar.

Bu kateqoriyadan digər videolar
Digər videolar