Ən çox izlənən videolar

Karantində yas mərasimi təşkil edilib - VİDEO

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən iyulun 4-də rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.

Şəmkir RİH başçısı, Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.

Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar