Ən çox izlənən videolar

Sumqayıtda dezinfeksiya işləri (VİDEO), YENİLƏNİB

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur.

Bu gün həyata keçirilən dezinfeksiya tədbirlərinə Sumqayıt şəhər icra hakimiyyətinin xüsusi texnikaları ilə yanaşı Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.

Qeyd edək ki, şəhərdə bütün sahələrdə dezinfeksiya işləri həyata keçirilir. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.

Xatırladaq ki, Sumqayıt şəhərində virusla mübarizə tədbirləri bununla yekunlaşmır. Şəhər ərazisində həm də mobil işçi qrupları da yaradılıb.

Qeyd edək ki, ölkə ərazisində yaranan koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısını almaq üçün bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir və görülən bu tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır.

Lazım olmadıqca çölə çıxmayaraq, maska taxaraq və sosial məsafə gözləyərək.

Bu kateqoriyadan digər videolar
Digər videolar