Ən çox izlənən videolar

Ağdərəsiz 27 il (VİDEO)

Ağdərə, Dağlıq Qarabağın 5 rayonundan birinin inzibati mərkəzi idi. Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Ağdərə də Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərin nəzarəti altına keçir. 1992-ci il, iyulun 4-də isə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə 4 iyun Gəncə qiyamı zamanı Surət Hüseynovun rəhbərlik etdiyi ordu bölmələrinin öz mövqelərini qoyaraq Bakıya gəlməsi Ermənistan ordusunun həmin ilin iyulun 7-də Ağdərəni yenidən işğal etməsi ilə nəticələnir. O gündən rayonun 14 kəndindəki 14 min sakini Azərbaycanın müxtəlif bölgələrində yaşamağa məcbur olur. Bu gün Ağdərənin ermənilər tərəfindən işğalından 25 il keçir.

Bu günə kimi ermənilər qanunsuz əməllərlə tarixi reallığın saxtalaşdırılması və Qarabağın etnik tərkibinin dəyişdirilməsi siyasəti aparırlır. Bundan başqa ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə və vəhşicəsinə talan edilir.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar