Ən çox izlənən videolar

“Qaydalara əməl et, cəmiyyəti qoru!” (VİDEO)

QHT Şurası və REAL TV "Qaydalara əməl et, cəmiyyəti qoru" adlı monitorinq və məlumatlandırma kampaniyası davam etdirir. Kampaniya çərçivəsində bu dəfə paytaxtda fəaliyyət göstərən bazarların birində sanitariya- gigiyena və karantin rejimlərinin tələblərinə, fərdi qoruyucu vasitələrdən istifadə qaydalarına vətəndaşların, həmçinin, fiziki və hüququ şəxslərin əməletmə vəziyyəti yoxlanıldı. İctimai birliklərin rəhbərləri bu kampaniyada iştirak etməklə vətəndaşları Operativ Qərargahın tövsiyələrinə ciddi əməl olunmasının vacibliyi barədə məlumatlandırdılar.Həmçinin bəzi vətəndaşlara tibbi maskalar paylanıldı.

Qeyd edək ki, ictimai kampaniya Operativ Qərargahın ciddi karantin rejimi tətbiq etdiyi şəhər və rayonlarda həyata keçirilir. Monitorinqin nəticələri Real TV, media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə, həmçinin Operativ Qərargaha təqdim olunacaq

Bu kateqoriyadan digər videolar
Digər videolar