Ən çox izlənən videolar

Qlobal təhlükəyə qlobal cavab (VİDEO)

2020-ci ilin əvvəlindən dünyanın ən inkişaf etmiş ölkələrini belə çıxılmaz vəziyyətlə qarşı-qarşıya qoyan koronavirus pandemiyası ilə mübarizə beynəlxalq birlik və güc tələb edir.

Dünya dövlətlətlərinin pandemiyanın meydana çıxardığı qlobal problemlərin həlli istiqamətində müzakirə aparması baxımından bir araya gəlməsi vacibdir. Bu baxımdan Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü yüksək səviyyədə qiymətləndirilir:

Xatırladaq ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Təklif BMT-yə üzv 130-a qədər dövlət tərəfindən dəstəklənib.

Bu kateqoriyadan digər videolar
Digər videolar