Ən çox izlənən videolar

115 kubalı həkim Azərbaycana gəldi (VİDEO)

Gətirilən həkim heyəti Azərbaycanın tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Kuba təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafını qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.

TƏBİB-in Beynəlxalq Əlaqələr və Protokol Şöbəsinin müdiri Ramin Ağayev bildirdi ki, Kubalı mütəxəssislər pandemiya ilə mübarizə tədbirləri üçün cəlb olunub, onların arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var.

Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir. Xatırladaq ki, ötən gün Rusiyadan 22 tibb işçisi də Azərbaycana gəlib.

Bu kateqoriyadan digər videolar
Digər videolar