Ən çox izlənən videolar

Politoloq: Təşkilat üzvləri işğalçı Ermənistana dəstək çıxmayacaq - VİDEO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası təxirə salınıb.

Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov “RİA Novosti” agentliyinə bildirib. Onun sözlərinə görə, iclas üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurətindən təxirə salınıb". Politoloqların fikrincə təşkilatın üzvlərinin işğalçı ermənistanı dəstəkləmək niyyəti yoxdur, bu səbəbdən də təcili iclasın təxirə salınması da gözlənilən idi.

Qeyd edək ki, təşkilat bundan əvvəl sərhəddəki vəziyyətlə bağlı təşkilatın baş katibi Stanislav Zasın təşəbbüsü ilə bu gün Daimi Şuranın təcili iclasının çağırılması ilə bağlı məlumat yayıb. Lakin sonradan xəbər qurummun saytdan yığışdırılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar