Ən çox izlənən videolar

Pusqudakı xain - VİDEO

Rəhim Qazıyev. Azərbaycanın ictimai-siyasi, hətta hərbi həyatı onun qədər qeyri-ciddi obraz az görüb. O, hər bir çıxışı, hər bir bəyanatı ilə hər gün daha çox qeyri-ciddiləşirdi. Bununla belə, o, hər zaman ən həssas məqamlarda təxribatla məşğul olub. İyulun 12 və 13-də olduğu kimi. Sabiq müdafiə naziri zərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yaydı. O, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

1992-ci ilin mayını – Rəhim Qazıyevin silahdaşlarının hakimiyyətə gəlməsi prosesini xatırlayaq. Yenə ortada təxribatçı Rəhim Qazıyev var idi.

Sabah 12 oldu. Amma Rəhim Qazıyev özünün dediyimi beyninə bir dənə gülləni çaxıb elə ordaca yıxılmadı. Nəinki yıxılmadı, müdafiə naziri kimi fəaliyyətini, daha doğrusu fəaliyyətsizliyini davam etdirdi. Xalqın o gününü görmək istəmirəm deyən Rəhim Qazıyev xalqının övladlarının, kişilərinin bu gününü gördü, göstərdi.

Rəhim Qazıyevin əsgərləri bu vəziyyətdə idi. Elə bu səbəbdən də Rəhim Qazıyevin nazir olduğu dövrdə və istefadan sonra rayonlarımızın bir-birinin ardınca işğal olundu. Çünki Rəhim Qazıyev yaralı-xoralı döyüşçü dəstələri qoyub getmişdi.

Rəhim Qazıyev Vətənə xəyanətə görə ömürlük həbs cəzası aldı, əfv olundu, azadlığa çıxdı, yaşa doldu, amma məlum obrazından çıxa bilmədi. Bu gün də o, bu obrazla indi də tez-tez cəmiyyətdə orduya, Silahlı Qüvvələrimizə inamsızlıq yaratmağa çalışır və bunun üçün hər zaman fürsət gözləyir, pusqudadı.

Bu kateqoriyadan digər videolar
Digər videolar