Ən çox izlənən videolar

İnformasiya təhlükəsizliyi məsuliyyəti - VİDEO

"Vətəndaşlarımız mütləq nəzərə almalıdırlar ki, ancaq rəsmi informasiyaları sosial şəbəkələrdə, saytlarda paylaşmaq olar. Əgər informasiya rəsmi deyilsə və hər hansısa rəsmi mənbədən təsdiqlənmirsə bunun müzakirə olunması artıq düşmənin planına işləmək deməkdir. Ona görə də bu mövzuda hər kəs diqqətli olmalıdır!."

Bu fikirlər "Azvision.az" xəbər portalının baş redaktoru Vüsal Məmmədova aiddir.

Müsahib həm də deyir ki, düşmənin belə təxribatlar törətməkdə məqsədləri çoxdur. Məqsəd hər nə olur, olsun, biz buna yol verməməliyik.

Bir daha nəzərinizə çatdıraq ki, İnformasiya təhlükəsizliyinin məsuliyyətini hər kəs tam dərk etməlidir, operativ informasiya yaymaq bir şərtlə məqbul sayılır ki, yayılan xəbərlər doğru olsun və peşəkarlıqla hazırlansın.

Bu kateqoriyadan digər videolar
Digər videolar