Ən çox izlənən videolar

Saray qəsəbəsində yol təmir edilib - VİDEO

Bakı şəhəri və Abşeron rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin təmir-tikinti işləri çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində Heydər Əliyev prospekti əsaslı şəkildə təmir edilib.

Bu yol istər paytaxt, istərsə də Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.4 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib.

Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülürək yeni səki daşları ilə əvəz edilib, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

Prospekt boyunca hər bit istiqamət üzrə yeni piyada səkiləri inşa olunub. Asfaltlanma işləri ümumilikdə 29 min kv.m-ə yaxın sahəni əhatə edib.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar