Ən çox izlənən videolar

DMX iştirakı ilə onlayn iclas baş tutub - VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə BMT-yə üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirən BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin Azərbaycanda yaradılması ilə əlaqədar onlayn tədbir keçirilib.

Görüşdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Niderland Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirləri, Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin BMT sisteminə daxil olan təşkilatların, habelə

Azərbaycan Respublikasının müvafiq qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının, şirkətlərin, xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərinin məsul əməkdaşları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Miqrasiya Xidmətinin rəisi əvvəlcə tədbir iştirakçıları ilə birgə son günlərdə Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumları nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin və vətəndaşlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Nitqində BMT və BMT-nin Miqrasiya Agentliyi olan BMqT ilə sıx əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayan V.Hüseynov BMT-nin Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasını BMT-nin Baş Katibinin təşəbbüsü ilə Azərbaycan Respublikasının da qoşulduğu “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədində əksini tapan məsələlərin daha da uğurla icra edilməsinə töhfə verəcəyini qeyd edib.

Tədbirdə həmçinin çıxış edən BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai, BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev yaradılan Şəbəkənin miqrasiya idarəçiliyi və əməkdaşlıq üçün əhəmiyyətini qeyd edərək DMX tərəfindən Azərbaycanda miqrantların və qaçqınların pandemiya dövründə yaranmış problemlərinin həllində çevik və səmərəli tədbirlərin təşkilini, yardım kampaniyaları təşkil edən beynəlxalq təşkilatların çağırışına verilən dəstəyi vurğulayıblar.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar