Ən çox izlənən videolar

“Ermənilərin təxribatları vandalizm və terrorizm mahiyyəti kəsb edir“ (VİDEO)

Son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini müşahidə edirik.

Bu fikirər Azərbaycan XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Qeyd edək ki, XİN və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmilərinin iştirakı ilə son günlər erməni radikal qüvvələrinin xarici ölkələrdə Azərbaycan icmalarının üzvlərinə və diplomatik nümayəndəliklərə qarşı törətdiyi vandalizm mövzusundabrifinq keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar