Ən çox izlənən videolar

Erməni təxribatı bayram tanımır - VİDEO

"Bütün müsəlman ölkələrində qurban bayramının qeyd olunmasına baxmayaraq, mənfur düşmənimiz olan Ermənistan tərəfi atəşkəs rejimi pozmaqda davam edir. Ermənistan tərəfi çox gözəl bilir ki,qurban bayramında bir qayda olaraq müsəlman,islam aləmində bütün problemlər kənara qoyulmalıdır."

QMİ-nin sədrinin birinci muavini Hacı Salman qeyd edir ki,bu hər bir din kəsimində qəbul edilməz bir işdir.

Ermənistanın mənfur əməlləri bitmir. Hərbi jurnalist İlqar Mikayıloğlu isə qeyd edir ki, düşmənin belə bir təxribatı nəinki bizə qarşı ümumulikdə bütün dünya müsəlmanlarına qarşı konkret bir təxribatdır.

Ermənistan tərəfi müqəddəs Qurban bayramı günlərində təmas xəttində atəşkəs rejimini pozması ilə bütün dünya müsəlmanlarına öz hörmətsizliyini bir daha nümayiş etdirməli oldu.

Bu kateqoriyadan digər videolar
Digər videolar