Ən çox izlənən videolar

Orduya dəstək aksiyası - VIDEO

Avtomobil təkərləri cəbhə bölgəsində mühüm əhəmiyyətə malikdir. Belə ki, həm dözümlü, həmdə güllələrin saxlama və soyutma xassələrinə malik olan təkələr müdafiənin ön xəttində mövqelərin muhafizəsi üçün olduqca əhəmiyyətli materialdır. Artiq bir neçə gündür Bakıda başlayan və bütün ölkədə orduya dəstək məqsədilə onlarla yük maşınına təkərlər yüklənərək cəbhənin müxtəlif istiqamətlərinə göndərilir. Aksiyada iştirak etmək üçün bir araya gələn könüllülərin əsas məqsədi ordu üçün kiçik də olsa bir iş görməkdir.

Bu aksiyaya qoşulanlar arasında müəyyən səbəblərə görə fiziki işə kömək edə bilməyən, lakin könüllüləri yemək və su ilə təmin edən, yaxud yük maşınlarının ödənişini edən sadə vətəndaşlar da yer alır. Bundan başqa yük maşınlarının sürücüləri arasında könüllü gələnlər də var. Aksiyada həmçinin iş adamları, həkimlər, ədliyyə işçiləri, polislər və müxtəlif sahədə çalışan şəxslər iştirak etməklə həm fiziki, həm maddi həm də mənəvi dəstəklərini göstərirlər, o cümlədən könüllüləri yemək və su ilə təmin edən restoran və su şirkətləri də əllərindən gələni əsirgərmilər.

Qeyd edək ki, Azərbaycanda orduya dəstək məqsədi ilə müxtəlif qurumlar və təşkilatlar tərəfindən də dəstək aksiyaları həyata keçirilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar